Bakı hava limanındakı “Fatimeyi-Zəhra” məscidi -VİDEO

Doğma Azərbaycanımızın dünyaya açılan qapısında, Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən “Fatimeyi-Zəhra” (s.ə.) məscidi... Məscidin inşası fikri yerli dindarlar tərəfindən irəli sürülür. Buna səbəb isə əraziyə xarici vətəndaşların səfəri ilə bərabər, hava limanında işləyən inanclıların rahat ibadət etmək üçün çətinlik çəkmələri olur. Onlar məscid tikintisi üçün o zamankı hava limanının rəhbərliyinə müraciət edirlər. Hava limanı rəhbərliyi məscidin tikinti layihəsini, məscid binası və minarələrinin hündürlüyünü nəzərdən keçirdikdən sonra bu təşəbbüsü bəyənib, tikintini dəstəkləyirlər. Digər əlaqədar təşkilatlardan icazə sənədləri təsdiq olunduqdan sonra 1996-cı ildə Xanım Zəhranın (s.ə.) adını daşıyacaq məscidin inşası işləri başlanır. Təxminən 200 kvadratmetr ərazidə ucalan məsciddə eyni vaxtda 150 kişi və 100 qadının ibadəti üçün bütün zəruri şərait qurulur. Məscidə xüsusi gözəllik verən 30 metr hündürlüyündə iki minarə isə şərq üslübünda tikilini tamamlayır. 
Hava limanının qoynunda ucalan inci 1997-ci ildə tamamlanaraq inanclıların ixtiyarına verilir. Məscid, hava limanından istifadə edən və burada çalışan çoxlu sayda insanların gəldiyi ilahi bir məkan olaraq, tezliklə sevilməyə başlayır. 
İllər ötdükcə məscidə gələnlərin sayı daha da artır. Bununla paralel olaraq buraya gələn inanclıların xidmətləri də genişlənir. Bu fəaliyyət ərazidə genişlənmə işləri aparan hava limanının məscidlə hava limanı arasında olan geniş ərazidə tikinti işlərinə maneə oluncaya qədər davam edir. Məscidə yaxın yerdə ucalan otellərin azan sədasından narahatlıq bildirməsi məscidin ilk problem yaşadığı hal olur. Ardınca bir çox idarələrin müxtəlif iddialarla qeyri-qanuni qadağaları məscid ətrafında gərgin anlar yaşamasına gətirib çıxarır. Hava limanının rəhbərliyinin şəxi etiraz etməsi də narahatlıqlar sıraında yer alır. Hətta məscidin sökülməsini istəyənlər də peyda olur. Bütün bu problemlər nəticə etibarilə 2017-ci ilin baharında heç bir sənəd göstərmədən və rəsmi qərar olmadan Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən məscidin qapadılmasına gətirib çıxarır. Məscidin fəaliyyəti faktiki olaraq, qadağan edilir. Məscid rəhbərliyinin etiraz və əlaqədar təşkilatlara çoxsaylı müraciətlərinə baxmayaraq, məsələ öz müsbət həllini tapmır. Ayları illərə çevrilən bu qadağa bugünə qədər məscidin hələ də qapılarının bağlı qalmasına səbəb olur. Bu isə sürətlə çökməkdə olan Allah evini dağılmağa doğru aparır. Artıq məscidin karruziyaya uğraması diqqət çəkir. Əlaqədar qurumların süni qadağasına məruz qalan növbəti “Fatimeyi-Zəhra” (s.ə.) məscidi də, görünür, siyasi maraqların qurbanı olaraq dağıdılmağa məhkumdur.