İran XİN rəhbəri Ceyhun Bayramovu “3+3” platformasının Tehranda keçiriləcək toplantısına dəvət edib

 İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovu Tehranda keçirilməsi planlaşdırılan “3+3” platformasının iclasına dəvət edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Abdullahiyan bunu Ceyhun Bayramovla telefon danışığında olan zaman deyib.

Məlumatda deyilir ki, İranın xarici işlər naziri Əmir Abdullahiyan ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı ikitərəfli münasibətlərin ən mühüm məsələləri və qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Əmir Abdullahiyan azərbaycanlı həmkarını regional məsələlərin diplomatiya yolu ilə həlli çərçivəsində Tehranda “3+3” kimi tanınan toplantısında iştirak etməyə dəvət edib.

Bu telefon danışığında tərəflər dostluq münasibətlərinin möhkəmləndirilməsi və yarana biləcək anlaşılmazlıqların aradan qaldırılması üçün iki ölkənin müxtəlif idarə və qurumları arasında əlaqələrin davam etdirilməsi və gücləndirilməsinin vacibliyini vurğuladılar.

Həmçinin məlumatda deyilir ki, "Abdullahiyan Azərbaycanda verilən bəzi açıqlamalarla bağlı narazılığını çatdırıb."