Adnan Oktara 891 il həbs cəzası verildi

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 891 il həbs cəzası verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İstanbul Regional Ədliyyə Məhkəməsi qərar verib.  Belə ki, məhkəmə Adnan Oktarı şəxsi cinayətlərinə görə 891 il həbs cəzasına məhkum edib. Təşkilatın lideri olduğu üçün üzvlərin törətdiyi cinayətlərdən də məsuliyyət daşıyan Adnan Oktarın qərarı oxunduqdan sonra dəqiqləşəcək.