15 November 2022

Səudiyyə Ərəbistanında tarixi məscid sökülüb

Səudiyyə Ərəbistanının şərqindəki Əl-Avamiyə şəhəri yaxınlığındakı tarixi Əl-Xərif məscidi sökülüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Səudiyyə Ərəbistanının şərqində, əsasən şiələrin yaşadığı əl-Avamiyə şəhəri yaxınlığındakı tarixi Əl-Xərif məscidi sökülüb.

Əl Avamiyə və Əl-Kadeh şəhərləri arasında yerləşən tarixi məscidin yolun genişləndirilməsi səbəbiylə söküldüyü öyrənilib.

Bu gün Eduardo Aniellinin anım günüdür

Doğru əqidə seçimində milyardlarla dollarından, böyük həcmli varislik hüququndan imtina edən, İtaliya klanında yüksək mənsəbə malik əbədi təminatlanmış bu şəxs sonunda şiəlik əqidəsini qəbul etdiyi üçün böyük təzyiqlərə, mənəvi, maddi sıxıntılara məruz qaldı. Onun əlindən alınan hüquqları ilə xristianlığın mərkəzi olan İtaliyada getdikcə daha çox dərinləşən inamından təhlükəyə düşənlər son qərar olaraq onun qətli üçün plan hazırladılar.

DİN-dən İran səfirliyinin qarşısındakı aksiya cəhdi ilə bağlı açıqlama

"Bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.

"Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur", - DİN rəsmisi vurğulayıb.

Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirir

Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirir.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbərinə görə, aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər.

Onlar senatorları qətnaməni qəbul etməməyə çağırırlar.

Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalətli münasibət tələb edirlər.

İran: İsrail kütləvi qırğın silahlarından azad Yaxın Şərqin yaradılmasına maneədir

İsrail Kütləvi qırğın silahlarından azad Yaxın Şərq yaratmaq yolunda əsas maneədir. 

Operativtv.com SalamNews-a istinadən verdiyi xəbərə görə, bunu İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Yaxın Şərqdə nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad zonanın yaradılması üzrə Konfransın üçüncü sessiyasında deyib.

DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

DÇ-2022-nin ən gənc futbolçuları açıqlanıb.

Operativtv.com Apasport.az saytına istinadən məlumatına görə, Qətərdə keçiriləcək mundialın ən azyaşlı oyunçusu Yussuf Mukokodur.

Dünya çempionatının açılışının gerçəkləşəcəyi noyabrın 20-də Almaniya millisinin üzvünün 18 yaşı tamam olacaq. Avstraliya yığmasının hücumçusu Qaranq Kuol 18 yaşını sentyabrın 15-də qeyd edib.

DÇ-2022-nin ən bahalı futbolçuları açıqlanıb

"Transfermarkt" portalı bu il Qətərdə keçiriləcək dünya çempionatının ən bahalı futbolçularının reytinqini tərtib edib.

Operativtv.com Report-a istinadən məlumatına görə, mundialın ən bahalı oyunçusu PSJ-də çıxış edən Fransa yığmasının hücumçusu Kilian Mbappe olub.

İkinci yeri İspaniya "Real Madrid"indən Braziliya yığmasına çağırılan Vinisius Junior tutub.

Fələstin ABŞ-a Qüdslə bağlı çağırış edib

Fələstin ABŞ-ın Qüdsdə səfirlik inşa etməyi planlaşdırdığı ərazinin İsrail tərəfindən "qanunsuz olaraq müsadirə etdiyi" bir ərazi olduğunu əsas gətirərək ABŞ-ı planı ləğv etməyə çağırıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstinin baş naziri Məhəmməd İştiyyə Fələstin hökumətinin həftəlik Nazirlər Kabinetinin iclasında çıxış edib.

İştiyyə çıxışında bildirib:

Alimpaşa Məmmədov dövlətə 7 milyon manata yaxın ziyan vurub

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova verilmiş yekun ittihamlar və cinayət işi üzrə dövlətə dəymiş ziyanın məbləği məlum olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olduğu yeddi il il ərzində xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafeyinə xələl gətirməkdə ittiham olunur.

İstanbuldakı terrora görə 50 nəfər saxlanılıb

İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar daha 2 şəxs saxlanılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Bəkir Bozdağ bildirib.Beləliklə, hadisə ilə bağlı saxlanılanların sayı 50-yə yüksəlib.Xatırladaq ki, terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Bir qrup iranlı deputat Azərbaycan prezidentinin fikirlərinə reaksiya verib

Operativtv.com Turan-a istinadən yazır ki, bir qrup iranlı deputat Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətlərinin 9-cu Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərinə reaksiya verib. Deputat Seyid Aliborz Hüseyni Azərbaycan prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladaraq deyib:  "Azərbaycan prezidenti türklərin məskunlaşdığı ərazilərlə bağlı irad irəli sürüb.

Dünya əhalisinin sayı 8 milyard nəfərə çatdı

Dünya əhalisinin sayı, 2022-ci il 15 noyabr tarixində olan vəziyyətə əsasən, 8 milyard nəfərə çatıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.

Vurğulanıb ki, 2030-cu ildə Yer kürəsinin sakinlərinin sayı 8,5 milyard nəfərə çatacaq,

2050-ci ildə 9,7 milyard nəfər, 2100-cü ildə isə 10,4 milyard nəfər olacaq.

Rusiyadan bir heyət Nəcəfdə

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Rusiyadan gələn ziyalı qadınlardan ibarət bir heyət Nəcəfdə İmam Əli (ə) ziyarətgah Kompleksinin İntellektual və Mədəniyyət İşləri Departamentini ziyarət ediblər.

Onlar ziyarətgahla yanaşı, “Əl-Rövza Əl-Heydəriyyə” Kitabxanası, İntellektual və Mədəniyyət İşləri İdarəsinə tabe olan Darul-Quran şöbəsinə də baş çəkiblər.

ABŞ İrandan Yəmənə partlayıcı maddələr yükünün aparılmasının qarşısını aldığını bildirib

 ABŞ Ordusu Oman dənizində yəmənlilərin idarə etdiyi bir qayıqda partlayıcı maddələr aşkarladığını və zərərsizləşdirildiyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı CENTCOM məlumat yayıb.

Almaniya İran neftini almaq üçün rəsmi Tehranla gizli danışıqlar aparır - KİV

Rusiya enerjisinə qarşı sanksiyalar fonunda bu ölkə neftinin alternativini təmin etmək üçün Almaniya yeni ölkələrə üz tutur. Almaniya bu zəmində İranla gizli danışıqlar aparır.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat dərc edib.

“OPEC+” ölkələri oktyabrda neft hasilatını artırıblar - IEA

Beynəlxalq Enerji Agentliyi (IEA) hesab edir ki, oktyabrda “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri üzrə gündəlik neft hasilatı neft razılaşmasının icazə verdiyi səviyyədən 3,2 mln. barel aşağı olub, lakin noyabrda bu fərq təxminən 2 mln. barel azalacaq.

Haitidə ABŞ səfirliyinin korteji atəşə tutulub

ABŞ-ın Haitidəki səfirliyinin avtomobil korteji naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Gazette Haiti” portalı səfirliyin bəyanatına istinadən məlumat yayıb.

Hücum Haitinin paytaxtının şimal-şərq hissəsində yerləşən Port-o-Prens şəhərində, silahlı dəstə üzvlərinin nəzarətində olan Krua-de-Buket bölgəsində baş verib.

Rusiya Ukraynaya təzminat ödəyəcək

Rusiyadan Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında qəbul edilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 193 üzvü Rusiyanın Ukrayna daxilində və ya ona qarşı beynəlxalq hüququn hər hansı pozulmasına görə məsuliyyət daşımasını tələb edən qətnaməyə səs verib.

Silahlı qarşıdurmadan sonra Pakistanla Əfqanıstanın əsas sərhəd keçidi bağlanıb

Ötən gün Pakistan-Əfqanıstan sərhədində iki tərəfin sərhəd və təhlükəsizlik qüvvələri arasında baş verən silahlı qarşıdurmadan sonra əsas keçid bütün xidmətlərini dayandırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Sərhəd Xidməti mənbələri məlumat veriblər.

ABŞ altı aydan sonra İsrail tərəfindən qətlə yetirilmiş Şirin Əbu-Aqilə haqda cinayət işi açacağını bildirib

Vaşinqton İsraili Şirin Əbu-Aqilənin qətli ilə bağlı cinayət araşdırmasına başlamaq qərarı barədə məlumatlandırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, fələstinli jurnalist Şirin Əbu-Aqilənin İordan çayının qərb sahilindəki Cenin düşərgəsində İsrail qüvvələri tərəfindən öldürülməsindən təxminən altı ay sonra Vaşinqton da “hərəkətə keçdiyini” bildirib.

Qətər və İran nüvə danışıqlarını müzakirə edirlər

Operativtv.com xarici mediaya istinadən xəbər verir ki, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan danışıqların bərpası üçün Vaşinqton və Tehran arasında nüvə razılaşmasını canlandırmaq məqsədi ilə görüşüblər. İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, Abdullahiyan Əl Saniyə telefonla zəng edib. Görüşdə ABŞla birgə iş planı üzrə danışıqların bərpası ilə bağlı inkişaflar müzakirə edilib. Görüşdə İran və Qətər arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.

Hizbullah: İsrail Livanla “Dəniz Sərhəd Müqaviləsi”ni ləğv etməyə qadir deyil

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Livanın Hizbullah Hərəkatı İcraiyyə Şurasının sədr müavini Şeyx Əli Damus "Sionist rejimin kabinetini formalaşdırmaqla vəzifələndirilən baş nazir Benyamin Netanyahu Livan və İsrail arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair razılaşmanı ləğv edə bilməz. Bu gün müqavimət hər zamankından daha güclü və sabitdir. Müqavimət və bərabərlik sayəsində, şəhidlərin qanı və əsgərlərin hazırlığı sayəsində Livan qazandığı uğurlara nail oldu.

Hizbullahın İstanbuldakı terror aksiyasına reaksiyası

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatı verdiyi bəyanatda İstanbulda törədilən son terror aktını qətiyyətlə pisləyib.

Livan Hizbullah Hərəkatı verdiyi açıqlamada: “İstanbulda çox sayda mülki şəxsin ölümü və yaralanmasına səbəb olan terror aktını şiddətlə qınayırıq. Dünyanın heç bir ölkəsinin təhlükələrdən sığortalanmadığı bu cinayətkar və terror qruplaşmalarına qarşı aktiv fəaliyyət göstərmək, qətiyyətli və vahid mövqedən çıxış etmək istəyirik”.

İran və Azərbaycanın xarici işlər nazirləri görüşüb

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Hər iki tərəf son hadisələrlə bağlı fikir mübadiləsi aparıb. Söhbətin təfərrüatları verilməsə də, bu görüşdə son vaxtlar iki ölkə arasında yaşanan gərginliyin müzakirə edildiyi bildirilir.