Fələstin ABŞ-a Qüdslə bağlı çağırış edib

Fələstin ABŞ-ın Qüdsdə səfirlik inşa etməyi planlaşdırdığı ərazinin İsrail tərəfindən "qanunsuz olaraq müsadirə etdiyi" bir ərazi olduğunu əsas gətirərək ABŞ-ı planı ləğv etməyə çağırıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstinin baş naziri Məhəmməd İştiyyə Fələstin hökumətinin həftəlik Nazirlər Kabinetinin iclasında çıxış edib.

İştiyyə çıxışında bildirib:

"ABŞ administrasiyasından Qüdsdə qurulacaq səfirlik kompleksi planını ləğv etməyi tələb edirik. Çünki bu kompleksin tikiləcəyi torpaq İsrailin 1950-ci ildə qəbul etdiyi Naməlum Mülkiyyət Qanunu ilə qanunsuz olaraq müsadirə edilib".

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarına gəlib və səfirlik Qüdsdəki müvəqqəti iqamətgahına köçüb.