DÇ-2022-nin ən bahalı futbolçuları açıqlanıb

"Transfermarkt" portalı bu il Qətərdə keçiriləcək dünya çempionatının ən bahalı futbolçularının reytinqini tərtib edib.

Operativtv.com Report-a istinadən məlumatına görə, mundialın ən bahalı oyunçusu PSJ-də çıxış edən Fransa yığmasının hücumçusu Kilian Mbappe olub.

İkinci yeri İspaniya "Real Madrid"indən Braziliya yığmasına çağırılan Vinisius Junior tutub.

İlk üçlüyü "Mançester Siti"nin də formasını geyinən İngiltərə millisinin futbolçusu Fil Foden qapayıb.

DÇ-2022-nin ən bahalı 10 futbolçusu

Kilian Mbappe (Fransa) - 160 milyon avro

Vinisius Junior (Braziliya) - 120 milyon avro

Fil Foden (İngiltərə) - 110 milyon avro

Camal Musiala (Almaniya) - 100 milyon avro

Pedri (İspaniya) - 100 milyon avro

Cud Bellingem (İngiltərə) - 100 milyon avro

Federiko Valverde (Uruqvay) - 100 milyon avro

Harri Keyn (İngiltərə) - 90 milyon avro

Bukayo Saka (İngiltərə) - 90 milyon avro

Qavi (İspaniya) - 90 milyon avro