Gürcüstanda fəaliyyət göstərəcək yeni Məscidlər Fondu təsis edilib.
Bu barədə Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov mətbuat nümayəndələri qarşısında açıqlama verib.
Seyid Mirtağı Əsədov bildirib ki, məscidlər yalnız ibadət edilən məkan deyil, həm də birlik, mənəviyyat və dini dəyərlərin gələcək nəsillərə ötürüldüyü mühüm ocaqlardır.
Qeyd olunub ki, Gürcüstanda yaşayan müsəlmanlar ölkənin ayrılmaz hissəsi olaraq əsrlər boyu sülh, qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinə sadiq qalıblar. Bununla yanaşı, aparılan müşahidə və monitorinqlər nəticəsində bəzi şəhər və kəndlərdə məscidlərin olmaması, mövcud ibadət yerlərinin isə təmirə ciddi ehtiyac duyması müəyyən edilib.
Bu səbəbdən yaradılan Məscidlər Fondunun əsas məqsədi ölkədəki məscidlərin vəziyyətini sistemli şəkildə araşdırmaq, müsəlman icmasının real ehtiyaclarını müəyyən etmək və onların mərhələli şəkildə həllinə dəstək göstərməkdir.
Gürcüstanda yeni Məscidlər Fondu təsis olunub