Almaniya İran neftini almaq üçün rəsmi Tehranla gizli danışıqlar aparır - KİV

Rusiya enerjisinə qarşı sanksiyalar fonunda bu ölkə neftinin alternativini təmin etmək üçün Almaniya yeni ölkələrə üz tutur. Almaniya bu zəmində İranla gizli danışıqlar aparır.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat dərc edib.

Mənbə bildirib ki, Avropanın Rusiyaya qarşı sanksiyaları fonunda Almaniya hökumətinin neft və benzin almaq üçün İranla gizli danışıqlar apardığına dair xəbərlər yayılıb.

Almaniyanın ABŞ sanksiyalarına görə İrandan neft və benzini necə idxal etmək istədiyi bəlli deyil.

Qəzet bildirib ki, Alman dövlət bankı LBBW-nin baş ekspertlərindən Moritz Kramer Almaniyanın İranla danışıqlar apardığını açıqlayıb. O bildirib ki, Almaniyanın İran, Venesuela və Əlcəzairlə bu istiqamətdə danışıqları ciddi şəkildə davam edir ki, neft və benzinə olan tələbatını ödəsin.

O bildirib ki, ola bilsin, Almaniya hökuməti İranla Qərb arasında nüvə razılaşmasının sona çatacağı və nəticədə İrana qarşı sanksiyaların aradan qaldırılacağı qənaətinə gəlib.