Bir qrup iranlı deputat Azərbaycan prezidentinin fikirlərinə reaksiya verib

Operativtv.com Turan-a istinadən yazır ki, bir qrup iranlı deputat Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətlərinin 9-cu Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərinə reaksiya verib. Deputat Seyid Aliborz Hüseyni Azərbaycan prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladaraq deyib:  "Azərbaycan prezidenti türklərin məskunlaşdığı ərazilərlə bağlı irad irəli sürüb. Ona hansı ərazinin hansı ərazidən ayrıldığını başa düşmək üçün Gülüstan müqaviləsini oxumağı təklif edirəm. Dövlətlərin ərazi bütövlüyü haqqında belə ifadələr Azərbaycan prezidentinə yaraşmır." O, Əliyevin iradlarını qeyri-realist adlandıraraq “Gülüstan müqaviləsi olmasaydı, Azərbaycan İranın bir hissəsi olarq qalacaqdı.” Deputat İranın Xarici İşlər Nazirliyini və Məclisi bu iradlara reaksiya verməyə çağırıb. Digər depudat Əli Nikzad isə qeyd edib ki, "nəvə öz babasını inkar edə bilməz" və Azərbaycan prezidentinin iradları əsassızdır.