Haitidə ABŞ səfirliyinin korteji atəşə tutulub

ABŞ-ın Haitidəki səfirliyinin avtomobil korteji naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Gazette Haiti” portalı səfirliyin bəyanatına istinadən məlumat yayıb.

Hücum Haitinin paytaxtının şimal-şərq hissəsində yerləşən Port-o-Prens şəhərində, silahlı dəstə üzvlərinin nəzarətində olan Krua-de-Buket bölgəsində baş verib.

Qeyd olunub ki, diplomatik nümayəndəliyin əməkdaşlarından heç biri xəsarət almayıb.