Səudiyyə Ərəbistanında tarixi məscid sökülüb

Səudiyyə Ərəbistanının şərqindəki Əl-Avamiyə şəhəri yaxınlığındakı tarixi Əl-Xərif məscidi sökülüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Səudiyyə Ərəbistanının şərqində, əsasən şiələrin yaşadığı əl-Avamiyə şəhəri yaxınlığındakı tarixi Əl-Xərif məscidi sökülüb.

Əl Avamiyə və Əl-Kadeh şəhərləri arasında yerləşən tarixi məscidin yolun genişləndirilməsi səbəbiylə söküldüyü öyrənilib.

Qeyd edək ki, təxminən 34 milyon əhalisi olan Səudiyyə Ərəbistanında yüzdə 10-15 arasında olduğu təxmin edilən şiə əhalisinin əksəriyyəti də ölkənin şərqindəki Qətif bölgəsində yaşayır.

Yerli əhali də bu neftlə zəngin bölgədə gəlirlərin ədalətsiz bölüşdürülməsi səbəbindən yoxsuldur və dini cəhətdən sıxışdırılır.