İraqın Kərbəla şəhərində, İmam Hüseyn (ə) ziyarətgahı İmam Baqirin (ə) şəhadəti münasibətilə qara bayraq və parçalarla örtülüb. Qeyd edək ki, Əhlibeyt tərəfdarları hər il 7 zilhiccədə, 5-ci İmam, Həzrət Məhəmməd Baqirin (ə) şəhid olduğu günü yad edirlər.