İran: İsrail kütləvi qırğın silahlarından azad Yaxın Şərqin yaradılmasına maneədir

İsrail Kütləvi qırğın silahlarından azad Yaxın Şərq yaratmaq yolunda əsas maneədir. 

Operativtv.com SalamNews-a istinadən verdiyi xəbərə görə, bunu İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Yaxın Şərqdə nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad zonanın yaradılması üzrə Konfransın üçüncü sessiyasında deyib.

"İsrailin kütləvi qırğın silahlarından azad Yaxın Şərqin yaradılmasında əsas manea olduğu bir şəraitdə İrana qarşı əsassız ittihamlar səslənir. İsrail bu qeyri-insani silahların bütün növləri ilə təchiz edilib. 

İsrail rejimi ilk növbədə şəffaf siyasət yürütməli və strateji qeyri-müəyyənlikdən çıxmalı, kütləvi qırğın silahlarına sahib olmaqdan imtina etməli və bütün müvafiq beynəlxalq hüquqi qüvvəyə malik sənədlərə əməl etməlidir.

İlk növbədə, o, qeyd-şərtsiz Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulmalı, bütün nüvə qurğularını və fəaliyyətini MAQATE-nin hərtərəfli təminatları altına qoymalıdır. 

Biz prinsipial mövqeyimizi bir daha təsdiq edirik. nə vaxta qədər ki, İsrail Konfransda iştirakdan imtina edəcək və iştirak etməyəcək və Birləşmiş Ştatlar isə onu dəstəkləməyə davam edəcək, o vaxta qədər də konfransın uğuru təhlükə altında olacaq. Biz beynəlxalq ictimaiyyəti Yaxın Şərqi bütün kütləvi qırğın silahlarından azad etmək yolunda bu maneələri aradan qaldırmaqda regiona yardım etməyə çağırırıq", deyə səfir bildirib.