Azərbaycanlı zəvvarların növbəti qrupu Məkkə şəhərinə çatıb

Azərbaycan zəvvarlarının göyərtəsində olduğu beşinci və altıncı təyyarələr Məkkə şəhərinə çatıb

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Hacc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Dünən Azərbaycandan yola düşən beşinci və altıncı zəvvar təyyarələri Məkkəyə çatıb”, – Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, yeddinci, yəni son zəvvar təyyarəsi mayın 21-də Azərbaycandan Hacc ziyarətinə yola düşəcək.

Xatırladaq ki, ümumilikdə 1150 nəfər Hacc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.