İran İraqın şimalında separatçı kürd qruplara hücumun yeni detallarını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Ordusu “dünən, bazar ertəsi səhər İraqın şimalındakı Kürdüstan bölgəsində separatçı terrorçulara qarşı həyata keçirdiyi əməliyyatla bağlı yeni təfərrüatları” açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Pakpur Fars xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, İran sentyabrın 28-də İraq Kürdüstan Regional Hökuməti və İraqın mərkəzi hökumətini separatçı qrupların fəaliyyəti ilə bağlı xəbərdar edib.

O əlavə edib ki, İran ölkənin bölünməsini hədəfləyən bu qrupların İraqın şimalında yerləşdiyini bildirib və onların bölgədən uzaqlaşdırılmasını qarşı tərəfdən istəyib.

Pakpur, separatçı qrupları İraqdan başlayaraq İran daxilində terror aktları törətməkdə və ölkənin şimal-qərbində baş verən bəzi iğtişaşlarda iştirak etməkdə ittiham edib.

"İraq tərəfi buna söz versə də vəziyyət davam edib. İran Xarici İşlər Nazirliyi Kürdüstan bölgəsi ilə danışıqlar aparıb və İraqın şimalında dərinliklərdə olan terrorçu bazaların çıxarılmasını istəyib”, deyə Pakpur bildirib ki, Kürdüstan Regional Hökuməti də lazımi addımları atmayıb.

O deyib:

"ABŞ illərdir onlara dəstək verir, baxmayaraq ki, biz dəfələrlə xəbərdarlıq etmişik ki, bu qərargahların İran daxilində terror aktları törətməsi və insanları hədəfə almasına dözüm göstərməyəcəyik".