Dünya əhalisinin sayı 8 milyard nəfərə çatdı

Dünya əhalisinin sayı, 2022-ci il 15 noyabr tarixində olan vəziyyətə əsasən, 8 milyard nəfərə çatıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.

Vurğulanıb ki, 2030-cu ildə Yer kürəsinin sakinlərinin sayı 8,5 milyard nəfərə çatacaq,

2050-ci ildə 9,7 milyard nəfər, 2100-cü ildə isə 10,4 milyard nəfər olacaq.

Dünya əhalisinin sayının artımı 2100-cü ilədək davam edəcək.

İnsanların sayının 7 milyarddan 8 milyardadək artması, yəni 1 milyon nəfər çoxalması üçün 12 il lazım oldu, növbəti 1 milyard üçün isə 14,5 ilin (2037-ci ilədək) lazım olacağı gözlənilir.

Planetimizin əhalisinin 2050-ci ilədək ən çox artımı is Afrika ölkələrində qeydə alınacaq.

Ötən əsrin 70-ci illərindən bəri ilk dəfə olaraq 2020-ci ildə əhali artımının templəri 1 faizdən də aşağı olan göstəriciyədək düşüb.

Xatırladaq ki, Dünya əhalisinin sayı ilk milyardına XIX əsrdə çatmışdı.