İran və Azərbaycanın xarici işlər nazirləri görüşüb

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Hər iki tərəf son hadisələrlə bağlı fikir mübadiləsi aparıb. Söhbətin təfərrüatları verilməsə də, bu görüşdə son vaxtlar iki ölkə arasında yaşanan gərginliyin müzakirə edildiyi bildirilir. İkili, həmçinin problemlərin ən qısa zamanda həll edilməsinin vacibliyini vurğulayaraq, narahatlıqların ikitərəfli razılaşmalar və dialoqlar yolu ilə həll edilməsi lazım olduğunu bildiriblər.