11 November 2022

Azərbaycanda istilik mövsümünə hazırlıq hansı səviyyədədir?

Artıq havalar soyumağa başlayıb. Noyabrın 15-dən etibarən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanılacaq.

Bəs “Azəristiliktəchizat” ASC istilik mövsümünə hazırdırmı?

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbərinə görə, qurumdan bildirilib ki, ASC istilik mövsümünə dair təmir-bərpa işlərini yekunlaşdırıb:

Bakının mərkəzində etiraz aksiyasının 150-yə yaxın iştirakçısı saxlanılıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 11-də Bakının mərkəzində etiraz aksiyası zamanı 150 nəfərə yaxın saxlanılan olub, bu barədə Turan-a nümayişin monitorinqini aparan "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib.

Onun sözlərinə görə, bir qrup şəxs aksiya başlamazdan əvvəl saxlanılıb.

Hüquq müdafiəçisi bildirib ki, saxlanılanların siyahısı dəqiqləşdirilir.

İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı: “İran əleyhinə plan 4 ölkədə hazırlanıb”

İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Hüseyn Səlami bu gün Tehranda keçirilən şəhid Həsən Tehrani Müqəddəmin anım mərasimində çıxış edərək "İran millətinin tərəqqisinə mane olmağa çalışan düşmənlərin bütün cəhdlərinin uğursuzluğa düçar olduğunu" vurğulayıb.

Cenevrədə taxıl sazişi üzrə Rusiya-BMT görüşü başlayıb

 Cenevrədə BMT və Rusiya nümayəndələrinin taxıl sazişinə həsr olunmuş görüşü keçirilir.

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə cümə günü keçirilən brifinqdə dünya təşkilatının Cenevrədəki baş qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççii məlumat verib. 

Səudiyyə turist və Ümrə vizalarının müddətini 3 ay edib

Səudiyyə Ərəbistanı turizm sənayesini inkişaf etdirmək üçün turizm və ümrə vizalarının etibarlılıq müddətini bir aydan üç aya qədər uzadıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ölkəyə daha çox səyahətçi və zəvvar cəlb etmək və 2030-cu ilə qədər 100 milyon turistə çatmaq planları çərçivəsində yeni viza islahatları həyata keçirib.

İran və Azərbaycanın qarşılıqlı etirazı, Azərbaycan prezidentinin ana dilində təhsil tələbi

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan mətbuatında "İran əleyhinə olan qeyri-dost nəşrlərlə" əlaqədar noyabrın 10-da İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Operativtv.com bu barədə Amerikanın Səsi-nə istinadən məlumat yayıb.

Qətərdə İsrailə casusluq edən 8 nəfər həbs edilib

Qətər Kəşfiyyat İdarəsi Qətərdə sionist İsrail rejiminə casusluq etməkdə şübhəli bilinən Hindistan Hərbi Dəniz Qüvvələrinin 8 keçmiş zabitini həbs edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin bu 8 keçmiş zabiti Qətərdə "Dahra Global Technology and Consulting Services" adlı, Qətər Hərbi Dəniz Qüvvələrinə təlim və avadanlıq dəstəyi və texniki xidmət kimi xidmətlər göstərən özəl şirkət tərəfindən işə götürülüb.

"Demokratiya 1918" Hərəkatının üzvü Orxan Zeynallı saxlanılıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, "Demokratiya 1918" Hərəkatının üzvü Orxan Zeynallı noyabrın 10-da axşam saatlarında saxlanılıb. Bu barədə Turana təşkilatın sədri Əhməd Məmmədli bildirib.

"Dünən Orxana zəng vurub Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov rayonun 18-ci polis bölməsinə çağırıblar. O, rəsmi bildiriş olmadan getməkdən imtina edib. Axşam isə onu mülki geyimli şəxslər evdən aparıblar", deyə Məmmədli bildirib.

Ermənistan Hindistandan müxtəlif silahlar alacaq

Hindistan Ermənistana ATAGS daşınabilən 155 mm-lik haubitsa tədarük edəcək.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, müvafiq sifarişi Hindistanın özəl “Kalyani Strategic Systems Ltd” (KSS Ltd) şirkəti alıb. Bu şirkət isə “Bharat Forge Ltd” şirkətinə bağlıdır.

“KSS Ltd”-dən qeyd edilib ki, tədarük Hindistanın dövlət silah ixracı proqramı əsasında həyata keçiriləcək.

Məşhur qaydasız döyüşçü İslam dinini qəbul edib

Braziliyalı qaydasız döyüşçü və keçmiş kikboksçu Aleks Pereyra artıq 7 ildir ki, İslam dinini qəbul edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Aleks indiyədək müsəlman olması barədə ictimai şəkildə açıqlama verməsə də, sosial şəbəkələrdə hələ 2015-ci ilə aid video yayılıb.

Həmin görüntülərdə UFC döyüşçüsü şəhədət gətirərək İslama keçir.

Bin Zayid Netanyahunu BƏƏ-yə dəvət edib

BƏƏ prezidenti Məhəmməd bin Zayid son Knesset seçkilərində qalib gələn və yeni hökumət qurmaq istəyən İsrailin keçmiş baş naziri Benyamin Netanyahunu BƏƏ-yə səfərə dəvət edib. Operativtv.com Shafaqna-ya istinadən məlumatına görə, Netanyahu tvitində “Bu gün BƏƏ prezidenti Məhəmməd bin Zayid Nəhyan ilə görüşdüm və ikitərəfli əlaqələri birlikdə gücləndirə bilməmiz üçün məni Əbu-Dabiyə səfərə dəvət etdim ”-yazıb.

İran XİN: BMT Şurasının iclası İranın Qərblə münasibətlərinə təsir edəcək

 İnsan Haqları Şurasının İranın Qərblə əməkdaşlığı üçün siyasi fəaliyyətinin mənfi nəticələri ola bilər. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian cümə günü BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.

MAQATE rəhbəri İranın hipersəs ballistik raket yaratması ilə bağlı məlumatlara münasibət bildirib

İranın hipersəs ballistik raketi barədə açıqlaması ölkənin nüvə proqramı ilə bağlı narahatlığı artırır. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi "AFP"yə müsahibəsində bildirib. 

Cenevrədə BMT və Rusiya arasında “Taxıl Sazişi" ilə bağlı görüş keçirilir

Cenevrədə BMT və Rusiya nümayəndələri arasında “Taxıl Sazişi" ilə bağlı görüş keçirilir.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrədəki qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi deyib.

Onun sözlərinə görə, görüş artıq başlayıb, Rusiya nümayəndə heyətinə bu ölkənin xarici işlər nazirinin müavini Sergey Verşinin başçılıq edir.

İmran Xanın minlərlə tərəfdarı yenidən yürüşə çıxıb

 

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Pakistanın keçmiş Baş naziri İmran Xanın minlərlə tərəfdarı 70 yaşlı müxalifət liderinə sui-qəsd cəhdi səbəbindən dayandırılan erkən seçki tələbi yürüşünü bir həftə sonra, cümə axşamı paytaxt İslamabadda yenidən keçirib.

"Əsl azadlıq hərəkatı" adlandırılan yürüş noyabrın 3-də Xanın güllələndiyi Pəncab vilayətinin Vəzirabad şəhərindən başlayıb.

Ayətullah Şeyx İsa Qasim: Bəhreyndə seçkilər demokratiyanı öldürmək üçündür

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, Bəhreynin şiə lideri öz twitter səhifəsində bu ölkədə seçkiləri boykot etməyin demokratiyanı qorumaq olduğunu bildirib. O, növbəti dəfə bu ölkədə parlament və bələdiyyə seçkilərini geniş şəkildə boykot etməyə çağırıb. "Onlardan biri səhv bir şey deyib ki, demokratiyanı gücləndirmək üçün seçkilərdə iştirak edilməlidir. Bu vədə cavab olaraq, ilkin olaraq onu məhv etməyə hazırlanan seçkilərdə demokratiyanı necə gücləndirmək olar? Bu, demokratiya istəyənlərin üzünə bağlı qapıları olan bir seçkidir.

"İran region üçün təhlükə təşkil edir" - ABŞ-ın Tehranın Azərbaycana qarşı ritorikasına reaksiyası

Operativtv.com Turan-a istinadən xəbər verir ki, cümə axşamı ABŞ Dövlət Departamenti İranın son günlər regiondakı qonşularının, o cümlədən Azərbaycanın ünvanına güclənən ritorikasına reaksiya verib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

"Bizə tamamilə aydın idi ki, İran region üçün təhlükə təşkil edir", deyə mətbuat katibi Ned Prays gündəlik mətbuat konfransında bildirib.

İsrail insan hüquqları ilə heç bir əlaqəsi olmayan cinayətkar məqsədləri həyata keçirmək üçün yaradılıb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Hizbullah baş katibinin müavini Şeyx Nəim cümə axşamı, noyabrda müvəqqəti İsrail rejiminə Livanla dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair razılaşmanın hər hansı pozuntusuna qarşı xəbərdarlıq edib. Şeyx Nəim Qasim deyib: “İsrail dəniz sərhədlərinin demarkasiyasına dair razılaşmanı pozarsa, Hizbullah bu rejimin hər hansı axmaqlığını cəzalandırmaq və qarşısını almaq üçün kifayət qədər gücə malikdir. Hizbullah düşməni İsrail ilə qarşılaşmağa hazırdır.

“Əl-Cəzirə”: Səudiyyə Ərəbistanı hökuməti şiə din alimlərini həbs etməyə davam edir

 Səudiyyə Ərəbistanı hökuməti Qətif və Əl-Əhsa bölgələrində şiə müsəlmanları sıxışdırmaqla həmişə şiə alimlərini və liderlərini hədəf alır. Səudiyyə hökuməti din alimlərini hədəfə alaraq, Səudiyyə Ərəbistanında dini cərəyanları və şiə gənclərin motivasiyasını əngəlləməyə çalışır.

Ötən həftə Səudiyyə Ərəbistanı rəsmiləri heç bir izahat və səbəb göstərmədən səudiyyəli din alimi Şeyx Məhəmməd əl-Abadı həbs ediblər.

Erməni silahlıları Azərbaycan Ordusunun Xocavənddəki mövqelərini atəşə tutub

Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.