Bağdad: Türkiyənin İraq ərazisinə təcavüzü dayandırılmalıdır

İraq Baş naziri dünən Türk ordusu İraq ərazisinə girmə əməliyyatlarının dayandırılmasının vacibliyini vurğulayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani dünən verdiyi açıqlamada Türkiyə Ordusunun İraq ərazisinə girib irəliləmək cəhdlərini dayandırmağı tələb edib. Əl-Sudani həmçinin, “Türkiyə ilə hələ də təhlükəsizlik, iqtisadi və su böhranı var. Mövzu ilə bağlı əlimizdə 3 dosya var” deyib.

İraqın baş naziri Əl-Sudani daha sonra Türkiyə ilə 20 milyard dollarlıq müqaviləni ticarət mübadilələrinə toxunaraq, "Türkiyə ilə təhlükəsizlik problemimizi həll etmək lazımdır”, - deyə bildirib.