İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı: “İran əleyhinə plan 4 ölkədə hazırlanıb”

İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Hüseyn Səlami bu gün Tehranda keçirilən şəhid Həsən Tehrani Müqəddəmin anım mərasimində çıxış edərək "İran millətinin tərəqqisinə mane olmağa çalışan düşmənlərin bütün cəhdlərinin uğursuzluğa düçar olduğunu" vurğulayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

General-mayor Səlami ölkədəki son hadisələri dəyərləndirərək, "düşmənin bizi ölkədəki problemlərlə məşğul olmağımıza çalışdığı bir vaxtda Şimali İraqdakı terror hədəflərini vurduq. Araz çayı sahilində böyük bir təlim keçirdik, bir peyk daşıyıcı raketi atmosferə buraxdıq, uçuş məsafəsi 300 km-ə qədər olan Bavar 373 havadan müdafiə sisteminı sınaqdan keçirdik və ötən gün heç bir hava hücumundan müdafiə sisteminin dayana bilməyəcəyi hipersəs raketi hazırladığımızı bildirdik" deyib.

“Düşmənlərə dedik ki, onlar sülh içində yaşamayacaqlar, buna görə də onların əmin-amanlıqlarını pozacağıq. Onlar bir neçə gündür ki, narahatdırlar. Düşmənlər bizim reaksiyamızdan çox qorxur və bir neçə ölkə vasitəsilə “cavab verməyin” mesajları göndərirlər", Selami əlavə edib.

Ər-Riyad, Təl-Əviv, Nyu-York və Parisdə anti-İran planının hazırlandığını qeyd edən general-mayor Səlami, “düşmənlər İranın asılı olmasını istəyir. Onlar müstəqil və dinsiz İran istəyirlər. Düşmənlər bilməlidirlər ki, İran xalqı yaşayır və öz müqəddəratını özü təyin edəcək”, – deyə bildirib.