MAQATE rəhbəri İranın hipersəs ballistik raket yaratması ilə bağlı məlumatlara münasibət bildirib

İranın hipersəs ballistik raketi barədə açıqlaması ölkənin nüvə proqramı ilə bağlı narahatlığı artırır. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi "AFP"yə müsahibəsində bildirib. 

Xatırladaq ki, cümə axşamı İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir-Əli Hacızadə ölkədə hipersəs ballistik raketin yaradılmasını açıqlayıb. 

MAQATE rəhbəri Qrossi də bundan əvvəl Vyanada danışıqların dalana dirəndiyini və son aylarda müfəttişlərin İranın nüvə obyektlərinə giriş imkanlarının məhdud olması səbəbindən onların mühüm məlumata malik olmadığını bildirib. 

Bu bəyanatlar İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi suallara ətraflı cavab verdiyini, lakin agentliyin öz hesabatlarında İranın düşmənlərindən aldığı məlumatlara əsaslandığını deməsindən sonra verilib.