Məşhur qaydasız döyüşçü İslam dinini qəbul edib

Braziliyalı qaydasız döyüşçü və keçmiş kikboksçu Aleks Pereyra artıq 7 ildir ki, İslam dinini qəbul edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Aleks indiyədək müsəlman olması barədə ictimai şəkildə açıqlama verməsə də, sosial şəbəkələrdə hələ 2015-ci ilə aid video yayılıb.

Həmin görüntülərdə UFC döyüşçüsü şəhədət gətirərək İslama keçir.

Qeyd edilib ki, əvvəllər Aleks uzun illər alkoqolizmdən əziyyət çəkib. O, 12 yaşından spirtli içkiyə qurşanıb. Lakin müsəlman olmaqla o, bu pis işdən də tövbə edib və bu, onun sağalmasında mühüm rol oynayıb.

Xatıladaq ki, idmançının 35 yaşı var və onun peşəkar MMA karyerasında 6 qələbəsi, 1 məğlubiyyəti var.