Cenevrədə taxıl sazişi üzrə Rusiya-BMT görüşü başlayıb

 Cenevrədə BMT və Rusiya nümayəndələrinin taxıl sazişinə həsr olunmuş görüşü keçirilir.

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə cümə günü keçirilən brifinqdə dünya təşkilatının Cenevrədəki baş qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççii məlumat verib. 

"İclas başlayıb, görüş millətlər Sarayında keçirilir", deyə Velluççi vurğulayıb. 

Velluççi bildirib ki, Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşinin, BMT-ni BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits təmsil edir. 

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, görüş iştirakçıları “iyulun 22-də İstanbulda imzalanmış iki sazişin tam şəkildə həyata keçirilməsi üçün BMT-nin baş katibi Antonio Quterreşin səylərinin dəstəklənməsi üzrə məsləhətləşmələri davam etdirəcəklər”. 

Veluççi qeyd edib ki, bu müzakirələrin Rusiyadan dünya bazarlarına maneəsiz ərzaq və gübrə ixracının asanlaşdırılmasında irəliləyişə töhfə verəcəyinə müəyyən ümidlər var.

Alessandra Velluççii görüşlə bağlı mətbuat üçün heç bir tədbirinin planlaşdırılmadığını vurğulayıb.