Ermənistan Hindistandan müxtəlif silahlar alacaq

Hindistan Ermənistana ATAGS daşınabilən 155 mm-lik haubitsa tədarük edəcək.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, müvafiq sifarişi Hindistanın özəl “Kalyani Strategic Systems Ltd” (KSS Ltd) şirkəti alıb. Bu şirkət isə “Bharat Forge Ltd” şirkətinə bağlıdır.

“KSS Ltd”-dən qeyd edilib ki, tədarük Hindistanın dövlət silah ixracı proqramı əsasında həyata keçiriləcək.

Bildirilib ki, bu, Hindistan tarixində bu cür artilleriya sistemlərinin ilk ixracı deyil. Müqavilə məbləği 150 milyon dollar təşkil edir və 3 il ərzində reallaşdırılacaq.

Şirkətdən həmçinin əlavə edilib ki, sözügedən silahların atış məsafəsi 48 km-dir.

Sifarişçi ölkənin adı açıqlanmasa da, “Business Standart”-ın məlumatına görə, söhbət Ermənistandan gedir.

Xatırladaq ki, bu Ermənistan və Hindistan arasındakı ilk silah sazişi deyil. Daha öncə “Pinaka” reaktiv yayılım atəşi sistemlərinin alışına dair razılıq da əldə edilmişdi. “Pinaka”-nın ilk alıcısı da məhz Ermənistan olub.

Müqavilə çərçivəsində “Konkurs” tank əleyhinə raketlərin alışına dair da razılıq əldə edilib.
Bunadək isə “The Ecomonic Times” yazmışdı ki, söhbət 260 milyon dollar dəyərindəki silahlardan gedir. 80 mm-lik artilleriya qurğularının, mərmilərin və “Akash” zenit-raket kompleksinin alışı da müzakirə edilir.