Cenevrədə BMT və Rusiya arasında “Taxıl Sazişi" ilə bağlı görüş keçirilir

Cenevrədə BMT və Rusiya nümayəndələri arasında “Taxıl Sazişi" ilə bağlı görüş keçirilir.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrədəki qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi deyib.

Onun sözlərinə görə, görüş artıq başlayıb, Rusiya nümayəndə heyətinə bu ölkənin xarici işlər nazirinin müavini Sergey Verşinin başçılıq edir.

BMT tərəfindən isə Birləşmiş millətlərin ticarət və inkişaf məsələləri üzrə Konferensiyasının Baş katibi Rebeka Qrinspan, Baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffits rəhbərlik edir.

Qeyd edək ki, “Taxıl sazişi” bu il iyulun 22-də İstanbulda imzalanıb və müddəti noyabrın 19-da başa çatır.