Azərbaycanlı tələbələrin təhsil aldıgı İstanbul Texniki Universitetində yanğın

İstanbul Texniki Universitetində yangın baş verib.

İstanbul Texniki Universitetinin Ayazaga Kampusu içərisində yerləşən məscidin inşaatında yangın baş verib. Hadisə yerinə çox sayda xilasetmə qrupu göndərilib. “Hürriyyət”ə istinadən bildirilir ki, yanğın bu dəqiqələrdə də davam edir.

Xatırladaq ki, İTÜ -də çox sayda azərbaycanlı tələbə təhsil aiır.

******

İTU-də məscidin inşaatında baş verən yanğın nəzarət altına alınıb. Böyük təşvişə səbəb olan yanğın söndürülüb. Yanğın zamanı 1 nəfər yanğınsöndürən yaralanıb. Adiçəkilən unversitetdə təhsil alan azərbaycanlı tələbələrin verdiyi xəbərə görə, onlar yanğın ərazisindən dərhal uzaqlaşdırılıb və xəsarət alan olmayıb.