Avqustun 31-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə AXCP üzvləri Bəşir Tanrıverdiyevin İXM-nin 535-ci maddəsi ilə (on gün inzibati həbs) və hakim Qail Məmmədovun sədrliyi ilə Ramin Əhmədovun (on beş gün inzibati həbs) təqsirli bilinmələrinə dair Yasamal rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qərarından verilən şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə açıq keçirilib. Hər iki təqsirləndirilən şəxs məhkəmədə iştirak ediblər. Qısa sürən müşavirədən sonra məhkəmə hər iki partiya üzvünün apellyasiya şikayətinin təmin edilmədiyini elan edib.
Qeyd edək ki, avqustun 20-də AXCP üzvləri partiyanın həbsdə olan fəallarının ailə üzvləri ilə görüşünə imkan verilməməsinə etiraz olaraq Elmlər Akademiyası metro stansiyasının qarşısında etiraz aksiyası keçirən zaman saxlanılıblar. Beləki, AXCP üzvləri Nicat Abdullazadə, Bəşir Tarverdiyev, Ramin Əhmədov və Ruslan Qurbanlı həbsdə olan fəalların fotoları əks olunan plakatlar qaldırıb və bununla onların ailə üzvləri ilə görüşünə imkan verilməməsinə etiraz ediblər. Etiraz aksiyası keçirən AXCP üzvləri saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aparılıb. Ruslan Qurbanlı azad edilsə də, Nicat Abdullazadə, Bəşir Tarverdiyev və Ramin Əhmədov bu gün məhkəmə qarşısına çıxarılıb. Avqustun 21-də Yasamal Rayon Məhkəməsi Ramin Əhmədova 15, Bəşir Tanrıverdiyevə 10 sutka inzibati həbs verib, Nicat Abdullazadə isə 200 manat cərimə edilərək azad buraxıb.
AXCP üzvlərinin apellyasiya şikayəti təmin edilmədi - Video
Oxşar xəbərlər