Vəkil Fuad Ağayev bu gün, aprelin 27-də 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.
Bu barədə AzadlıqRadiosuna F.Ağayev bildirib.
Vəkilin deməsinə görə, İ.Məmmədovun müdafiəsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icra vəziyyətini müzakirə ediblər.
«Saxlanma vəziyyəti elə əvvəlki kimidir. Hələlik hər hansı təzyiq yoxdur», - vəkil vurğulayıb.
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
AİHM hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o hələ də azadlığa buraxılmayıb.
Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
Bundan sonra, AİHM-in AŞNK-a, Azərbaycan hökumətinə və həbsdə olan İ.Məmmədova məktub göndərdiyi açıqlanıb.
Onda məsələ ilə bağlı tərəflərə bu il martın 1-nə kimi öz yekun rəylərini çatdırmaqdan ötrü vaxt verildiyi bildirilirdi.
Vəkil İlqar Məmmədovla görüşüb

Oxşar xəbərlər