Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, Fələstin Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, Venesuelanın Fələstindəki diplomatik nümayəndəlik səviyyəsini səfirlik səviyyəsinə qaldırdığı və bundan məmnunluq hiss edildiyi bildirilib.
Bəyanatda bu qərar Venesuelanın 2009-cu ildə Fələstin Dövlətini tanımasının və iki dost ölkə arasında tarixi əlaqələrin dərinliyinin göstəricisi kimi qiymətləndirilib.
Digər tərəfdən Ərəb Parlamenti tərəfindən edilən yazılı açıqlamada qərarın müsbət qarşılandığı, Venesuelanın Fələstin dövlətinin və xalqının hər səviyyədə hüquqlarını dəstəkləyən qətiyyətli mövqeyinin təqdir edildiyi vurğulanıb.
2005-ci ildə Ramallahdakı baş konsulluğu ilə Fələstində diplomatik nümayəndəliyinə başlayan Venesuela 2006-cı ildə Fələstində ilk nümayəndəsini təyin edib. 2009-cu ildə İsrailin Qəzza zolağına son hücumu səbəbindən Venisuela İsraillə bütün diplomatik əlaqələri kəsərək İsrailin bütün diplomatik personalını Karakasdan qovmuşdu.
Venesuelanın Fələstinlə bağlı önəmli addımı