Türkiyəli məhbus aclıq aksiyasına başlayıb

Pentensiar Xidmətin 12 saylı Cəzaçəknı müəssisəsində çəza çəkən Türkiyə Cümhuriyyətinin vətəndaşı Avci Emrah Hüseyn oğlu aclıq aksiyasına başlayıb. Bu barədə azadliq.info-ya Türkiyədən məhkumun bacısı Gülbahar Avcı məlumat verib. “ Qardaşım Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilib. Hazırda 12 saylı Cəzaçəkmə müəsssisəsində cəza çəkir. Onun 4 azyaşlı övladı var. Xəstə qardaşı var. Həm həyat yoldaşı, həm özü Türkiyə Cümhuriyyətinə ekstradisiya olunması üçün dəfələrlə aidiyyatı qurumlara, hər iki ölkə başçısına müraciətlər ediblər. Lakin müsbət nətəcə olmayıb. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi ekstradisiyanın həyata keçirilməsi üçün razılıq vermir. Ona görə də Emrah Avci mart ayının 16-dan aclıq aksiyasına başlayıb. Bununla bağlı rəsmi müraciət də edib”,- deyə Gülbahar Avci bildirib.
Gülbahar Avci qardaşının taleyindən narahat olduğu üçün Azərbaycan və Türkiyənin prezidentlərinə müraciət edib. Emrah Avcinin Türkiyəyə ekstredisiya edilməsini, cəzasının qalan hissəsini öz ölkəsində çəkməsini istəyib.
Xatırladaq ki, bundan əvvəl Emrah Avcinin həyat yoldaşı Funda Gezer Adam qızı da “Azadliq” qəzeti vasitəsi ilə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Erdoğana və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.