Təl-Əvivdə daimi atəşkəs tələbi ilə nümayiş keçirilib

İsrailin paytaxtı Təl-Əvivdəki Girov Meydanına toplaşan minlərlə israilli nümayiş keçirərək, HƏMAS ilə İsrail arasında mübadilə prosesinin davam etdirilməsini, israillilərin Qəzzadan geri çəkilməsi və daimi atəşkəsin olmasını tələb ediblər.

Nümayişçilər əllərində İsrail bayraqları, israilli məhbusların fotoşəkilləri və pankartlar tutub, baş nazir Benyamin Netanyahu və onun hökumət siyasətçilərinə qarşı şüarlar səsləndiriblər.