Ruhani İmran Ələsgərov saxlanılıb

Yanvarın 21-i səhər saatlarından ruhani İmran Ələsgərovun Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik orqanları tərəfindən saxlanılması barədə xəbərlər yayılıb. Giperssilka informasiya agentliyi Şeyx İmran Ələsgərovun yaxınlarına istinadən xəbər verir ki, ruhani və onun yanındakı 3 şəxs müvafiq orqanın əməkdaşları tərəfindən sübh tezdən saxlanılaraq naməlum istiqamətə aparılıb. Ruhani İmran Ələsgərovun ailəsi ondan hər hansı bir xəbər almayıb və ailəsi məsələ ilə bağlı narahatdırlar.

Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədovun azadlığından sonra bir çox möminlərin onunla görüşməsi üçün dünən ruhani İmran Ələsgərovun evini təyin etmişdilər, bu gün bu hadisə baş verdiyinə görə görüş yeri təxirə salınıb.