Ərdoğan mitinqində İsrailə etiraz etdi

Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan Sakaryada 15 İyul Demokratiya Meydanında keçirilən mitinqdə çıxış edib.

Mitinqdə onlardan Fələstinə hücumlarını və işğalını davam etdirən İsraillə əlaqələri kəsmək istənilib. Mitinq meydanında “İsraillə ticarətin rüsvayçılığına son” yazılmış pankart açılıb.

Daha sonra banneri açanların yanına polis olduğu güman edilən bəzi şəxslər gələrək pankartı qaldırıblar.