İsrailin 2023-cü il 7 oktyabrdan davam edən hücumları nəticəsində qətlə yetirilən dinc qəzzalıların sayı 68 865 nəfərə, xəsarət alanların sayı isə 170 670 nəfərə çatıb.
Bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, son 24 saat ərzində dağıntılar altından çıxarılmış 3 cəsəd, həmçinin yeni hücumlarında öldürülmüş daha 4 nəfərin nəşi və 6 yaralı xəstəxanalara çatdırılıb,
10 oktyabrda atəşkəs rejiminin qüvvəyə minməsinə baxmayaraq, İsrail ordusu daha 236 günahsız fələstinlini qətlə yetirib, 600 nəfəri isə yaralayıb, həmçinin həmin tarixdən bəri 502 nəfərin cəsədi də dağıntıların altından çıxarılıb.
İsrail törətdiyi hərbi cinayətlər – kütləvi qırğınlar və soyqırımı nəticəsində Qəzzada hələ də 10 minə yaxın insan itkin düşmüş hesab edilir.
Qurbanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Qəzza soyqırımı qurbanlarının sayı artmağa davam edir