Ermənistanda hüquq-mühafizə orqanları Erməni Apostol Kilsəsinin katolikosu II Qareginin qardaşını və qardaşı oğlunu həbs ediblər. Bu, hökumətlə kilsə arasında gərginliyin artması fonunda baş verir.
Vəkil Ara Zohrabyanın dediyinə görə, katolikosun qardaşı Gevorq Nersisyan və onun oğlu barəsində həbs qərarı verilib. Onlar barəsində Cinayət Məcəlləsinin 211-ci maddəsi ilə cinayət təqibi başlanıb. Həmin maddə seçki kampaniyası fəaliyyətinə məcbur etmə və ya bu fəaliyyətə mane olma hallarını nəzərdə tutur.
Zohrabyan deyib ki, yerli seçki kampaniyasının getdiyi Vağarşapat icmasında hökumətyönlü bir siyasi partiyanın namizədi noyabrın 1-də Facebook-da katolikosun qardaşı Nersisyanın oğulları ilə birlikdə onun seçki kampaniyasına mane olduğunu iddia edib. Zohrabyan bu iddianı rədd edib.
Paşinyan katolikosun vəzifədən kənarlaşdırılmasına çağırır
Baş nazir Nikol Paşinyan isə bazar günü – noyabrın 2-də ruhanilikdən çıxarılmış keşiş Stepan Asatryanın (əvvəlki adı Ata Aram) rəhbərlik etdiyi liturgiyada iştirak edib. Bu mərasim Yerevandan 30 kilometr şimal-qərbdəki Ovanavank monastırında keçirilib. "Azatutyun" yazır ki, baş nazir fəaliyyəti qadağan olunmuş keşişin rəhbərlik etdiyi ibadətə iki həftədir ardıcıl qatılır.
Erməni Apostol Kilsəsinin ruhani mərkəzi Asatryanı ruhanilikdən çıxarıb, ona dini ayinlər icra etməyi yasaqlayıb. Asatryanın ibadətlərini "ruhu məhv edən təşəbbüs" adlandırıb, Paşinyanı kilsəni parçalamağa cəhddə suçlayıb.
Paşinyan bazar günü sosial şəbəkələrdə yayımladığı videomüraciətdə katolikos II Qareginin vəzifədən uzaqlaşdırılması çağırışını bir daha dilə gətirib. O deyib ki, "Erməni Apostol Kilsəsinin mənən və ruhən yenilənməsi hər şeydən öncə hər birimizin mənən və ruhən yenilənməsi ilə başlayır". O, II Qaregini mülki adı ilə Ktriç Nersisyan adlandırıb.
Paşinyan ibadətə hakim "Mülki Müqavilə" partiyasının üzvləri, parlament sədri, bir neçə nazir, bölgə qubernatorları və deputatlarla birlikdə qatılıb.
Erməni Apostol Kilsəsi isə bildirib ki, Ovanavank monastırı ona məxsusdur, Asatryanın oranı tərk etməkdən imtinası "qanunsuz zəbt" sayılır. Eçmiədzin bu məsələ ilə bağlı polisə müraciət edib.
Paşinyan ibadətə qatıldığı vaxtda Müqəddəs Eçmiədzin Kafedralında katolikos II Qareginin taxta çıxmasının 26-cı ildönümü qeyd olunub. Mərasimdə müxalifət deputatları və müxalifət partiyalarının nümayəndələri iştirak ediblər.
Ermənistanda katolikos II Qareginin qardaşını və qardaşı oğlunu saxlayıblar