İranın Qum şəhərində təhsil alan azərbaycanlı ruhanilərdən ibarət bir qrup İsrailin Azərbaycana təsirləri mövzusunda tədbir keçirib. Oktyabrın 29-da baş tutan bu toplantı, son dövrlər ölkəmizdə artan İsrail təsirləri və tanınmış ravvinlərin ertələnmiş tədbiri fonunda təşkil olunub.
Ruhanilər qeyd ediblər ki, bir neçə ay öncə təxirə salınan İsrail baş naziri Benyamin Netanyahunun səfəri və noyabrın 3–6-sı tarixlərində Azərbaycanda keçirilməsi planlaşdırılan Beynəlxalq Avropa Ravvinləri Konfransı bu ölkədə İsrail aktivliyinin növbəti nümunəsidir.
Tədbir Qurani-Kərim tilavəti ilə başlayıb. Daha sonra çıxış edən ruhanilər son dövrlərdə müşahidə olunan bu kimi hallara münasibət bildirərək tənqidi fikirlər səsləndiriblər. Onlar qeyd ediblər ki, “dünya üçün xərçəng şişi” kimi dəyərləndirilən sionizmin Azərbaycanda genişlənən fəaliyyəti təkcə ölkəmiz üçün deyil, həm də bütün region üçün ciddi təhlükə mənbəyidir.
Ruhanilər ravvinlərin toplantısını ABŞ-ın maraqları çərçivəsində İsraili qoruma xətti yaradan “İbrahim Sazişi”nin reallaşdırılması istiqamətində atılan addım kimi qiymətləndiriblər. Onlar belə bir tədbirin müsəlman ölkəsi olan Azərbaycanda keçirilməsini yolverilməz adlandırıblar.
Mərasim iştirakçıları bildiriblər ki, gələcəkdə də bu kimi cəhdlərə adekvat reaksiya veriləcək. Tədbir iştirakçıların birgə bəyanatının oxunması ilə yekunlaşıb.
Qeyd: Konfransın tam videosu paylaşılacaq.
Bir qrup ruhani İsrailin Azərbaycana təsirləri ilə bağlı tədbir keçirib