Trampın qurbanına çevriləcək Azərbaycan əsgərləri

İsrail və Həmas arasınada imzalanan atəşkəs özündən sonra çoxsaylı suallar ortaya qoymuş oldu. İlk məsələ bu atəşkəsin nə qədər etibarlı, praqmmatik və uzunmüddətli olmasıdır. Bunun üçün isə öncə burada güc göstərən tərəflərin məlum atəşkəsə riayət etməsi məcburiyyəti söz mövzusu olacaq. Yəni əgər atəşkəs imzalanibsa bunu pozan tərəf üzərində bir öhtəlik hiss edib onu pozmaqdan çəkinmək yükünü daşıyacaq.
İkinci məsələ bu atəşkəsin pozacağı tərəfi cəzalandıracaq mexanizim və icra tərəfin ədalətli davranışı bu işin qalıcılığı qarantı rolundadır. Ona görə də atəşkəsi ilk öncə bu tərəfdən araşdırmağa zəruri bir ehtiyac var.
Digər bir məsələ burada sülhü , sabitliyi qoruyacaq beynəlxaql aləmdə qəbul edilən sülhməramlıların bu işə cəlb edilməsidir. Heç olmasa bundan kənar qüvvələrin olacağı halda belə atəşkəsi imzalayan tərəflərin bu müqavilədən irəli gələn sülhməramlı qüvvələrin hər iki dövlət tərəfindən razılaşdırılmış olmasıdır. Hansı ki, hal-hazırda Qəzzaya gətirilməsi planlaşdırılan sülhməramlılar Trampın təşəbbüsü ilə nə beynəlxalq aləmin razılığını almır, nə də atəşkəs imzalanan tərəflərin fikirlərini özündə əsla əks etdirmir.
İlk öncə bu məsələnin ciddiyə alnması üçün hər iki tərəf üzərində bitərəf bir gücün olması zəruri idi ki, atəşkəsin uzunmüddətli qalacağına qarant olsun. Bunun üçün ya beynəlxalq sülhməramlılar Qəzzada təhlükəsizliyi qorumalı idi, ya da böyük dövlətlər, hansı ki, müharibədə tərəf olaraq iştirak etməmiş olmalı idilər. Lakin məsələ elə ilk addımdan tərs döndüyünü göstərir.
Artıq illərdir arxasında Amerikanın durduğu üçün etmədiyi cinayət qalmayan icraçı İsrail bu dəfə də yanında Amerikanın olmasından bəlli bir atəşkəsi planladığını görmək çətin deyil. Artıq iki ilkdir beynəlxalq tribunalarda İsrail cinayətlərinə cəzanın qarşısını almaqla yanaşı təkcə Qəzza deyil, bir neçə ölkəni qan gölünə çevirmək üçün ağlagəlməz maddi yardımla yanaşı ən son silah sursatla İsraili təmin edən Amerika atəşkəsdə tərəfsiz olacağına normal ağıl sahibinin inanması mümkün deyil.
Bu günə qədər İsrailə böyük dəstək verən ABŞ indiki şəraitdə dünyada ən son pillələrə edən İsrail və israillilərin dünyada qalma təhlükəsini diqqətə alaraq atəşkəs oyununu dünyanın gözü önündə oynamaqla İsrailə qarşı bəşəri gərginliyi endirməyə maraqlıdır. Məhz bu yalançı atəşkəsin mahiyyətinin də bundan fərli bir şey olmadığını alnalayan bir çox böyük ölkələr, o cümlədən beynəlxalq sülhməramlı qüvvələr bu məsələdə bitərəflik göstərdilər.
Hər kəs anlayır ki, bu oyun İsrailin daxildən parçalanmaya gətirib çıxaraq girovların-hətta ölü olsa belə ölkəsinə qaytarılmaqla bu prossesdə müəyyən gərginliyi endirməkdə zəruridir. Bunun üçün gözdən pərdə asan atəşkəs məhz Amerikanın təşəbbüsü ilə dünyada İsrailin “müharibə istəməmək” şousunu yaradan yalançı illuziyadı ortaya atmış olur.
Məsələ hər kəsin İsrailin bu razılaşmaya qətiyyən sədaqət göstərməyəcəyini bilmək üçün atəşkəsin üzərində əli olan Amerikanı görmək yetərlidir ki, qısa müddətli atəşkəsin şou olduğu hər kəsə aydın olsun.
Belə olan halda Türkiyə kimi söz sahibi olan ölkələrin sülhməramlılar sırasından uzaqlaşdırılması da Amerikanın tezliklə atəşkəsi pozacaq İsrailə problemə çevriləcək ölkələrin bu oyunda sülhməramlılar sırasında əsla yer almaması kimi planın incəliklərinə diqqət çox önəmlidir.
Məsələ sülhməramlıların olmayacağı halda artıq dəfələrdir pozulan atəşkəsin bu dəfə də imzalanmasını inandırıcı etməyəcək. Bu isə öz növbəsində girovların qaytarılması ilə yanaşı İsrail barəsində mənfi nifrət atəşinin alışmağa davamını genişləndirəcək. ABŞ bu şounu məhz İsrailin daxili və xarici gərginlikləri endirməsi fonunda atəşkəs addımını dəqiq hesablayaraq icra edir.
Sülhməramlılar sırasında təqdim olunan ölkələrin İsrail tərəfindən Amerika cəbhəsində, İsrailin yanında olması da bu seçimdə əsas nöqtələr sayılmalıdır. Sabah atəşkəsin pozulması nəticəsində bu əsgərləri yüzlərcə media işçisini Qəzzada gözləyən aqibətdən fərli bir sonluq gözləməyəcəyi gün kimi aydındır.
Hətta bu da aydındır ki, jurnalistləri qətlə yetirən İsrailin məhz sülhməramlıları da eyni xəttlə özünün qurban edəcəyi həqiqətdən çox da uzaq deyil. Belə olan halda İsrailə dosluq səbəbindən sülhməramlılar təqdim edən tərəflər susqunluğa məhkum və pis halda isə Qəzzanı, Həması bu işdə iştirakçı olaraq qınayacaq oyunun sevilə sevilə iştiraçısı olacağı dəqiqdir.
Elə buna görə də Amerika və proksi qüvvəsi olan İsrailin atəşkəs oyunu Qəzza soyqırımının bitməsi kimi deyil bura sülhməramlı qüvvələrin Amerika-Tramp hiyləsinə qurban olaraq qatılması ilə özlərinin günahsız, sülh axtaran tərəf oyunçusu göstərmək kimi yalançı bir oyun oynanıldığı gün kimi aydın ikən bu oyuna Azərbaycan hərbiçilərini qurban vermək,göz görə-görə ölümə getmək kimi ağılasığmaz yanlışlıqdan başqa bir şey deyil.