ADAU tələbəsi dünya çempionu olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "Mühasibat uçotu" ixtisası üzrə qiyabi təhsil alan V kurs tələbəsi Qasımzadə Xəyal Hüseyn oğlu 28–31 oktyabr tarixlərində Bakıda keçirilən Qol güləşi üzrə Dünya Çempionatında böyük uğura imza atıb.

Paralimpiya kateqoriyasında mübarizə aparan tələbəmiz sol qolda dünya çempionu, sağ qolda isə dünya üçüncüsü olub.

Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi Xəyal Qasımzadəni bu nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda da yeni qələbələr arzulayır.