Əl-Fəyyaz: Həşdi-Şabi gücünü silahdan deyil, xalqdan alır

Həşdi Şabi Komitəsinin sədri İraqa qarşı sui-qəsdlərin qarşısını almaqda dini hakimiyyətin müstəsna rolunu vurğulayaraq, "Həşdi Şabinin gücü silah və ya saydan deyil, xalqından gəlir" deyib.

Əl-Fəyyaz sözünə davam edərək bu prosesdə dini hakimiyyətin müstəsna rolunu yüksək qiymətləndirib:

"Haşd əl-Şabi-nin gücü xidmət göstərilməsi layihəsinin əsas hissəsidir və əvvəlki dövrün ən parlaq nailiyyətlərindən biridir."

Həşdi-Şabi nümayəndə heyətinin rəhbəri həmçinin bildirib ki, “İraqa qarşı sui-qəsd hazırlayan şəxslər bu torpağın tarixi dərinliyini unutdular və elə ona görə də lap əvvəldən dini hakimiyyətin fətvası onları dərhal məhv etdi.

Həşdi-Şabi bəzilərinin İraqın xəritəsini, təcrübəsini və inancını dəyişdirməyə çalışdığı bir vaxtda yaşamaq uğrunda mübarizə çərçivəsində yaradılıb. Elə buna görə də İraq bu sui-qəsdlər üzərində qələbə qazanıb”.