Ötən əsrin əvvəllərində (təqribən 1907-ci ildə) Bakı şəhərinin sakini olmuş xeyriyəçi Hacı Əli Nəqi Badkubi tərəfindən elm və mərifət ocağı olan müqəddəs Nəcəf hövzəsində burada dini təhsillə məşğul olan, xüsusən də Azərbaycandan olan tələbələr üçün nəzərdə tutulmuş bir mədrəsə inşa edilmişdir.
İnşa edilən bu mədrəsə Bakı şəhərinin qədim adı olan Badkubə adı ilə tanınmışdır. Bu mədrəsə uzun illər dağınıq və xarab vəziyyətdə olduqdan sonra şiə aləminin ən əzəmətli mərceyi-təqlidi olan Ayətullah Seyid Əli Sistaninin göstərişi və maddi dəstəyi ilə yenidən inşa edilərək tələbələrin ixtiyarına verilmişdir.
27 oktyabr 2025-ci il Xanım Zeynəbin (s) mövlud gecəsi münasibəti ilə Ayətullah Seyid Əli Sistaninin ofisi tərəfindən yenidən inşa edilən bu mədrəsənin açılış mərasimi keçirilmişdir. Mərasimdə Nəcəf elmi hövzəsinin bir çox böyük ustad və tələbələri, başqa yerlərdən təşrif gətirmiş alimlər, müxtəlif nüfuzlu şəxsiyyətlər, həmçinin Nəcəf şəhərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdir.
“Badkubi” mədrəsəsi bərpa edilib