Quranı yandırmaqla bağlı sərt reaksiya

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İsveçdə İslam düşmənçiliyi ilə tanınan ifrat sağçı siyasətçi Rasmus Paludan Türkiyə səfirliyi qarşısında Quranı yandırmağa icazə verildikdən sonra Türkiyə Xarici İşlər Nazirliyi hərəkətə keçib. İsveçin Ankaradakı səfiri Staffan Herrström nazirliyə çağırılıb və çirkin hərəkətə icazə verilməsi ən sərt şəkildə qınanıb.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu ifadələr yer alıb: “Səfirə vurğulanıb ki, açıq-aşkar nifrət cinayəti olan bu təxribat xarakterli hərəkəti qətiyyətlə pisləyirik, İsveçin hadisəyə münasibətinin qəbuledilməz olduğu və bununla bağlı tədbir görülməsini gözləyirik. Təhqiredici addım müqəddəs dəyərlərin “demokratik hüquqlar” adı altında müdafiə oluna bilməz”.

Digər tərəfdən, AK Partiya sədr müavini Numan Kurtulmuş İsveçin Türkiyədəki səfirliyi qarşısında Quranın yandırılmasına icazə verilməsini sərt şəkildə tənqid edib. Numan Kurtulmuş bu hərəkəti “azadlıq” kimi qiymətləndirərək deyib: “İsveçin Türkiyədəki səfirliyi qarşısında Quranı Kərimin yandırılmasına icazə vermək sadəcə olaraq vicdansızlıqdır. İslamofob, irqçi, faşist siyasətçiyə qarşı belə bir hərəkəti bəyənənlər odla oynayırlar”.