Qəbələdə polis qəddarlığının detalları bəlli oldu

Sosial şəbəkələrdə Qəbələdə polisin uşağı qəddarcasına döydüyünü əks etdirən videogörüntülər yayılıb.
"Azadlıq.info" bu hadisənin təfərrüatları ilə bağlı bir sıra məlumatlar əldə edib. Məlum olub ki, polis zorakılığına məruz qalan uşağın cəmi 12 yaşı var. Polisin yerdə təpiklədiyi Dəniz Ağayevin 12 yaşı dekabrın 2-də tamam olub.
Uşağın özü ilə yanaşı, atası və əmisi də xüsusi qəddarlıqla döyülüb. Onların hər ikisinin hazırda Qəbələ rayon Polis Şöbəsində saxlandığı, işgəncəyə məruz qaldığı bildirilir.
"Dənizin atasını polislər aparanda uşaq ağlayıb. Görəndə ki, atasını vəhşicəsinə döyürlər, sürüyürlər, uşaq daş atıb. Daş atdığına görə uşağı təpiklərinin altına salıblar, yerdə sürüyüblər. Hazırda uşağın da, atası ilə əmisinin də vəziyyəti yaxşı deyil", - mənbə bildirib.