İtkin düşmüş "Interpol" prezidenti Çində həbs edilib

Ötən günlərdə Çinə səfər edəndən sonra itkin düşən "Interpol" prezidenti Meng Hongwei dindirilmək üçün saxlanılıb.
 
Times of India-ya istinadən xəbər verilir ki, "Interpol" rəhbərinin hansı səbəblə və harada saxlanıldığı qeyri-müəyyəndir.
 
Fransa polisi ötən gün Meng Hongwei barədə məlumat yaymış, itkin düşdüyünü açıqlamışdı.
 
29 sentyabrda Fransadan Çinə getmiş Meng barədə daha sonra xəbər almaq mümkün olmayıb. Çin qanunlarına görə, saxlanılan şəxsin ailəsinə 24 saat ərzində məlumat verilməlidir.