Uşaq oğrusunun tutulduğu deyilir

İyunun 4-də Sabunçu rayonunda itkin düşən üçyaşlı Zəhra Bağırzadəni Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının bu gün, iyunun 6 -da tapdıqları bildirilir.

Bu barədə «Report» agentliyi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda üçyaşlı qızın oğurlandığı qeyd edilir. Verilən açıqlamaya görə, Z.Bağırzadəni oğurlayan şəxs saxlanıb.

Saxlanan şəxsin adı çəkilmir, onun ittihama münasibəti açıqlanmır.