Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb.
Bu barədə "Report.az" məlumat verib.
Məlumatda deyilir ki, "İnterpol" xətti ilə axtarışda olan 1965-ci il təvəllüdlü Nəsibov Məzahir Dursun oğlu Ukrayna ərazisində tutulub.
O, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
M.Nəsibovun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.
O, 100-dən çox şəxsə qarşı 8 milyon manatlıq dələduzluq edib. Belə ki, M.Nəsibov Nərimanov rayonu, F.Yusifov küçəsi 40 ünvanında gözdən əlillər üçün tikilən 12 mərtəbəli 132 mənzilli binada bir qrup vətəndaşa mənzil satmaq adı ilə onlardan pul alıb. Amma bina gözdən əlillər üçün inşa olunduğuna görə vədinə əməl edə bilməyib və vətəndaşları aldadıb.
Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs saxlanılıb
Oxşar xəbərlər