25 ildir axtarıram balamı, tapa bilmirəm... - İtkin düşən müharibə iştirakçısının anası - Video

Azərbaycanın Qarabağ müharibəsi zamanı düşmənlə döyüşən igid oğulların, könüllü batalyonlarda azğın ermənilərin cavabını layiqincə verən igidlərimizin qəhrəmanlıqları xalqın yaddaşına əbədi olaraq həkk olunub. Müharibə varsa, silahlar dilə gəlirsə, ölənlərdən çox əsir  və itkin düşənlər olur. Harada olması bilinməyən belə insanların əzizlərinin gözləri onları yaşadan bir ümidlə daimi yollarda olur. 25 ildir Məmmədinin yolunu gözləyən Lətifə ana kimi...