İnterpolun eks-rəhbəri öldürülüb?

İnterpolun sabiq rəhbəri Men Hunveyin həyatda olmadığı ehtimal edilir.

Bu fikri Hunveyin xanımı Qreys Men “BBC”yə müsahibəsi zamanı səsləndirib. O, həyat yoldaşının sağ olduğuna inanmadığını deyib: “Düşünürəm ki, bu təzyiqlər siyasi səbəblərə görədir. Onun sağ olduğuna əmin deyiləm”. 

Qeyd edək ki, bəzi KİV-lərdə Hunveyin xanımına yazdığı son mesaj yayımlanıb. Həmin ismarıcda qısa cümlə və bıçaq emojisi yer alıb. Qreys mesajdan sonra həyat yoldaşına zəng etsə də, onunla əlaqə yarada bilməyib.

Xatırladaq ki, İnterpol rəhbəri sentyabrın sonunda Çinə gedib və bir daha ondan xəbər alınmayıb. O, Çinin qanunlarını pozduğu üçün istintaqa cəlb edilib.