Sentyabrın 18 -də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının Şəki Apellyasiya Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarından verilən kassasiya şikayətinə baxılıb. Məhkəmə iclasında vəkil Elçin Sadıqov, dövlət ittihamçısı Rövşən Tağızadə, səfirlik nümayəndələri də iştirak ediblər. Əfqan Muxtarlının özü prosesdə iştirak etməyib.
Vəkil E.Sadıqlı kassasiya şikayətinin əsaslarını müdafiə edərək müdafiə etdiyi şəxsin işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən istəyib.
Qısa sürən müşavirədən sonra məhkəmə heyəti şikayətin təmin edilmədiyini elan edib.
Qeyd edək ki, baş prokurorluğun yaydığı məlumatda jurnalist Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.12 yanvar 2018 -ci il tarixdə Balakən rayon Məhkəməsi Ə.Muxtarlının 6 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 25 aprel 2018 -ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.
Əfqan Muxtarlının kassasiya şikayəti təmin edilməyib
Oxşar xəbərlər