Müxalif lider azadlıqdan məhrum edildi

Rusiyanın müxalif lideri Aleksey Navalnı növbəti dəfə həbs edilib.
 
Qaynarinfo xəbər verir ki, xalqı 9 sentyabrda təqaüd yaşının artırılmasına etiraz olaraq küçələrə çağıran Navalnı 30 gün müddətinə azadlıqdan məhrum edilib. O, 25 avqustda Moskvada yerləşən evinin qarşısında həbs edilmişdi.
 
Qeyd edək ki, Navalnı 28 yanvarda da icazəsiz mitinqə görə 30 günlük azadlıqdan məhrum edilmişdi.