"Yunis Səfərovun hüquqlarını müdafiə etməyə hazıram"- Bu barədə tanınmış vəkil Osman Kazımov öz facebook səhifəsində bildirib.
Rakurs.tv-nin verdiyi məlumata görə, vəkil qeyd edib ki, əgər Səfərovun qohumları müqavilə bağlayarlarsa onun hüquqlarını müdafiə etməyə hazırdır.
"Gəncəlilər- Yunis Səfərovun qohumları müqavilə bağlayarlarsa onun hüquqlarını müdafiə edərəm. Yunis Səfərovun törətdiyi iddia edilən əməl agır cinayət hesab edilir. Məhkəmə hökmü olmadan onu cinayətkar hesab etmək olmaz. Onun barəsində obyektiv və qərəzsiz istintaq aparılaraq məhkəmə qarşısına çıxarılmalıdır.Yunis Səfərova işgəncə verilməsinə dair məlumatlar həqiqətdirsə bu artıq dövlətin qaranlıq qüvvələr tərəfindən ələ keçirilməsinin əlamətləridir. Yunis Səfərov nə üçün insanı qətlə yetirmək kimi ağır düşüncəyə gəlib çıxıb? O nə üçün məhz Gəncənin icra başçısını qətlə yetirmək istəyib? Onu buna nə vadar edib? İcra başçısı Elmar Vəliyevin hansı hərəkətləri Yunis Səfərovun səbr kasasını daşdırıb? Prokurorluq və DİN biri birini təkzib edən məlumatlar yaymaqdansa bu işi obyektiv araşdırmalı, düzgün hüquqi qiymət verməlidir. Bir tərəfi qaralama yolu ilə qan yuyulmur. Yunis Səfərova qarşı işgəncə faktı varsa araşdırılaraq təqsirli şəxslər cəzalandırılmalıdır. Zorakılıq zorakılıqla deyil qanunla aradan qaldırılmalıdır. Dövlət o vaxt güclü olar ki, onun təməlini zorakılıq yox ədalət təşkil edər. Özünüzə gəlin."(https://m.facebook.com/story.php?story_fbid=1723472734403685&id=10000222...)
Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmşdir.
Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.
"Yunis Səfərovun hüquqlarını müdafiə etməyə hazıram"
Oxşar xəbərlər